RU

Fənərbaxça böyük transferi reallaşdırdı

Metbuat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Fənərbaxça" "Benfika"nın futbolçusu Kerem Aktürkoğlunu transfer etmək üzrədir.

Metbuat.az xəbər verir ki, klublar Kerem Aktürkoğlunun transferi üçün anlaşıb. Portuqaliya mətbuatında yer alan xəbərə görə, "Fənərbaxça" və "Benfika" Kerem Aktürkoğlunun transferini müzakirə etmək üçün prezidentlər səviyyəsində yenidən bir araya gəlib. Bu görüşdə "Fənərbaxça"nın prezidenti Ali Koç 22,5 + 2,5 milyon avroluq təklifini yenidən "Benfika"nın prezidenti Rui Kostaya təqdim edib. Rui Kosta təklifi qəbul edib.

Qeyd edək ki, bundan əvvəl də “Fənərbaxça” “Benfika”ya da oxşar təklif etmiş və iki klub arasında razılıq əldə olunmuşdu. Lakin Keremin “Fənərbaxça” və “Benfika” arasında keçiriləcək matçda Türkiyə klubunda oynaya bilməyəcəyi səbəbindən “Fənərbaxça” təklifini 18 milyon avroya endirmişdi. “Benfika” bunu rədd etmişdi. “Fənərbaxça” “Benfika” ilə danışıqlarda ilkin təklifini yenidən irəli sürərək, transferi reallaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
35
37
metbuat.az

10Источники