Bənövşəyi meyvə və tərəvəzlər tərkibindəki güclü antioksidantlar və vitaminlər sayəsində sağlam həyatın təməl daşıdır. Daimi yeyildikdə immunitet sistemini gücləndirir, hüceyrələri qoruyur, ürək və göz sağlamlığını dəstəkləyir.
Medicina.az xəbər verir ki, bənövşəyi meyvə və tərəvəzlər süfrənizə vizual rəng qatmaqla yanaşı, bədənin ehtiyac duyduğu bir çox bioloji faydalar da təqdim edir.

İmmunitet sistemini gücləndirir və metabolik sağlamlığı dəstəkləyir. Bənövşəyi rəngli qidaların müntəzəm yeyilməsi ürək, göz, dəri və həzm sağlamlığına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.
1. Qaragilə
Qaragilə yüksək miqdarda C, K vitaminləri və lif ehtiva edir. Antioksidant xüsusiyyətləri sayəsində hüceyrələri oksidləşdirici stresdən qoruyur və immunitet sistemini gücləndirir.
Daimi yedikdə ürək sağlamlığını dəstəkləyir və qocalma əlamətlərini yavaşladır. Beyin funksiyasını dəstəkləyən xüsusiyyətləri ilə zehni performansı da artıra bilər.

2. Böyürtkən
Liflə zəngin və aşağı kalorili quruluşuna görə pəhrizlərdə böyürtkənə üstünlük verilir. Tərkibindəki vitaminlər və minerallar dərinin sağlamlığını dəstəkləyir və həzm sisteminin düzgün işləməsinə kömək edir.
Antioksidan xüsusiyyətləri hüceyrə regenerasiyasını sürətləndirir və xroniki xəstəliklərdən qoruyur.

3. BƏNÖVŞƏYİ KARTOF
Bənövşəyi kartof, tərkibindəki beta-karoten və C vitamini ilə seçilir.
Daimi istehlak immunitet sistemini gücləndirir, göz sağlamlığını dəstəkləyir və qan şəkərini idarə etməyə kömək edə bilər.

4. BƏNÖVŞƏYİ GÜL KƏLƏMİ
Bənövşəyi gül kələm hüceyrə zədələnməsinin qarşısını alır, immunitet sistemini dəstəkləyir və həzm sistemini tənzimləyir.
Xüsusilə bənövşəyi rəng güclü antioksidant xüsusiyyətlər nümayiş etdirir və metabolik sağlamlığı qoruyur.

5. BƏNÖVŞƏYİ SOĞAN
Bənövşəyi soğan ürək sağlamlığını dəstəkləyir. Həmçinin immunitet sistemini gücləndirir və sağlam həzm funksiyasını təşviq edir. Bədəni qoruyur, xroniki xəstəliklərin qarşısını alır.

6. BƏNÖVŞƏYİ KƏLƏM
Vitamin və minerallarla zəngin olan bənövşəyi kələm antioksidan xüsusiyyətləri sayəsində dəri sağlamlığını dəstəkləyir və immunitet sistemini gücləndirir.
Həzm sisteminə tənzimləyici təsir göstərir və metabolik tarazlığın qorunmasına kömək edir.
Aygün
Medicina.az