RU

"Fənərbağça"nın yeni hədəfi

"Fənərbağça" Edson Alvarez üçün “Vest Hem” ilə danışıqlara başladı.

Fanat.Az xəbər verir ki, klub meksikalı müdafiəçi Edson Alvarezin transferi üçün İngiltərə Premyer Liqası klubu “Vest Hem” ilə rəsmi danışıqlara start verib.

27 yaşlı futbolçunun keçidi klub üçün prioritet hesab olunur və ilkin danışıqlar artıq başlayıb.

Bu barədə məlumatı məşhur insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, futbolçu Avropanın digər klublarından da maraq görür və qərarının yaxın günlərdə açıqlanacağı gözlənilir. Bu isə, transferin hələ də açıq olduğunu və son detalların həlledici rol oynayacağını göstərir.

Kamil Xudiyev

Избранный
81
fanat.az

1Источники