RU

Ağ Ev: Tramp, Zelenski və Avropa liderləri arasında keçirilən görüş başa çatdı - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri arasında Ağ Evdə baş tutan görüş başa çatıb.

News24.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

***

ABŞ Prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri Ağ Evdə danışıqları bərpa ediblər.

News24.az xəbər verir ki, bu barədə Zelenskinin nümayəndəsi Sergey Nikiforov bildirib.

Nikiforov davam etdirilən görüşlə bağlı heç bir əlavə təfərrüat verməyib. O, sadəcə qeyd edib ki, iclasda yalnız nümayəndə heyətlərinin rəhbərləri iştirak edir. Toplantı jurnalistlərin iştirakı olmadan keçirilir.

Daha əvvəl danışıqların başa çatdığı, lakin iştirakçıların Ağ Evi tərk etmədiyi bildirilib.

***

ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski və Avropa liderləri ilə Ağ Evdə keçirilən görüşü başa çatıb.

News24.az xəbər verir ki, bu barədə CNN Zelenskinin mətbuat katibi Sergey Nikiforova istinadən məlumat yayıb.

Qeyd olunur ki, qonaqlar Ağ Evdə "bəlkə də başqa formatda danışıqlar aparmaq üçün" qalırlar. Alman qəzeti “Bild” daha əvvəl Trampın rusiyalı həmkarı Vladimir Putinə zəng etmək üçün görüşü dayandırdığını yazmışdı. Görüşün yekunlarına dair birgə bəyanat planlaşdırılmır.ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir.

News24.az xəbər verir ki, Ağ Ev rəhbəri ilə görüşə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qatılıb.


Избранный
68
19
news24.az

10Источники