RU

ABŞ-da poçt vasitəsilə səsvermənin qadağan olunması müzakirəyə çıxarıldı

ABŞ prezidenti Donald Tramp ölkədə poçt vasitəsilə səsvermənin ləğv olunması ilə bağlı sərəncam hazırlanacağını açıqlayıb.

O, bu qərarın seçki saxtakarlıqlarının qarşısını almaq məqsədi daşıdığını bildirib.

Tramp bu barədə Ağ evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı danışıb. Görüş C-Span telekanalı vasitəsilə yayımlanıb.

“Respublikaçılar poçtla səsverməni aradan qaldırmaq üçün əllərindən gələni edəcəklər. Biz bunu sərəncamla başlamaq niyyətindəyik”, – deyə Tramp vurğulayıb.

Bundan əvvəl Tramp Fox News telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın seçki sisteminin qüsurlu olduğunu qeyd etdiyini xatırladıb. Onun sözlərinə görə, məhz bu səbəbdən 2020-ci ildə keçirilən prezident seçkilərində məğlub olub.

//Samir Qurbanov, Editor.az

Избранный
10
editor.az

1Источники