RU

Ukrayna ABŞ-dan təhlükəsizlik zəmanətini 100 milyard dollara alacaq – Şok gəlişmə

Ukrayna heç bir razılaşmanı, o cümlədən Rusiyaya ərazi güzəştlərini qəbul etməyəcək və tam sülh sazişinə doğru ilk addım kimi atəşkəsdə israrlıdır.

Məlumatı Financial Times yayıb.

Bildirilir ki, Ukrayna həmçinin ABŞ-ın təhlükəsizlik zəmanətlərini almaq üçün müqavilənin bir hissəsi kimi Avropa tərəfindən maliyyələşdirilən 100 milyard dollarlıq ABŞ silahları alacağını vəd edir.

Bundan əlavə, nəşr Kiyev və Vaşinqtonun Ukrayna şirkətləri tərəfindən pilotsuz təyyarələrin istehsalı üçün 50 milyard dollarlıq müqavilə bağlayacağını bildirir.

Nəşrin əldə etdiyi və liderlərin görüşündə müzakirə olunduğu bildirilən sənədə görə, Kiyev Putinin Donbassdan çıxmaq, cəbhə xəttinin qalan hissəsinin dondurulması təklifini də rədd edir. Sənəddə deyilir ki, bu, “Rusiya qoşunlarının Dnepr istiqamətində daha da sürətlə irəliləməsi üçün tramplin” yaradacaq və Putinə “başqa vasitələrlə təcavüz məqsədlərinə çatmağa” imkan verəcək.

Nəşrin dərc etdiyi Zelenski, Tramp və Avropa liderləri arasında Ağ Evdə keçirilən görüşün məxfi sənədlərində Ukraynanın sövdələşmənin bir hissəsi kimi hansı silahları almaq istəməsi göstərilmir, lakin Kiyev şəhərlərini və mühüm infrastrukturunu qorumaq üçün ən azı 10 Amerika istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi, eləcə də digər raket və avadanlıq almaq istədiyini açıqlayıb. Sənəddə dron müqaviləsinin nə qədərinin satınalma və nə qədər investisiya olacağı göstərilmir.

Bundan əlavə, Kiyev müharibəyə dəymiş ziyana görə Rusiyadan tam təzminat tələb edir ki, bu da potensial olaraq Qərb ölkələrində dondurulmuş Rusiyanın 300 milyard dollarlıq suveren aktivlərindən ödənilə bilər. Sənəddə əlavə olunur ki, Rusiya gələcək sülh sazişinə əməl etsə və “ədalətli davransa” hər hansı sanksiyaların yüngülləşdirilməsinə icazə verilməlidir.

Musavat.com

Избранный
41
editor.az

1Источники