RU

Şavkat Mirziyoyev: Azərbaycan Mərkəzi Asiyadan Avropaya strateji körpüdür

Son illərdə Özbəkistan-Azərbaycan münasibətləri qarşılıqlı etimad və dəstək ruhunda fəal şəkildə inkişaf edir, Müttəfiqlik münasibətləri haqqında Müqavilə im­zalanıb, Ali Dövlətlərarası Şura fəaliyyət göstərir.

Bu fikirlər Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Öz­bəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əmək­daşlıq” adlı yüksək səviyyəli görüşün iştirakçılarına müraciətində əksini tapıb.

“Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır”, - deyə o bildirib.

Qeyd olunub ki, Avropa İttifaqı və digər tərəfdaşlarla birlikdə Özbəkistan səmərəli nəqliyyat-logistika və enerji dəhlizlərinin in­kişafı istiqamətində məqsədyönlü işləri davam etdirəcək.

“Mən əminəm ki, bu tədbirlər bölgəmizin Qərb ilə Şərq ara­sında hab rolunu bərpa etməsinə imkan verəcək”, – deyə Prezident əlavə edib. 

Ş.Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin yeni ümumregional proseslərin inkişafında iştirak etmək və Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında əməkdaşlığın möhkəmləndiril­məsi sahəsindəki səylərini yüksək qiymətləndirib. O, Vaşinqtonda Ermənistanla imzalanmış üçtərəfli Birgə Bəyannamə münasibətilə dost Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib.

Bu gün Özbəkistanın dinamik islahatları davam etdirdiyini və bu istiqamətdə artıq böyük nailiyyətlər qazandığını bildirən Prezi­dent qeyd edib: “İndiki son dərəcə mürəkkəb dövrdə Özbəkistan və Mərkəzi Asiya regionu beynəlxalq ictimaiyyətə əvəzsiz resurs – sabitlik, etimad və inkişaf təklif edir”.

Şavkat Mirziyoyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin böyük azərbaycanlı mütəfəkkir Nizami Gəncəvinin bənzərsiz ya­radıcılıq irsinin qorunmasında və geniş təbliğində mühüm rolunu da xüsusi vurğulayıb.

“Mərkəzin beynəlxalq gündəliyə dair məsələlərin öyrənilmə­sində fəal iştirakı xüsusi diqqətə layiqdir. Onun himayəsi ilə ke­çirilən illik Qlobal Bakı Forumu beynəlxalq və regional miqyasda ən aktual problemlərin həlli üçün yeni ideyaların irəli sürüldüyü nüfuzlu qlobal dialoq platformalarından birinə çevrilib”, - deyən Prezident diqqətə çatdırıb. Deyib ki, bu görüş Mərkəzi Asiyanı dünyaya geniş şəkildə təqdim etmək, konsolidasiya və əməkdaş­lıq proseslərinin sürətləndiyi bir vaxtda regionlararası qarşılıqlı əlaqələri möhkəmləndirmək, eləcə də Özbəkistan və Azərbaycanın potensialından, imkanlarından tam istifadə məsələlərini müzakirə etmək üçün unikal imkandır.

XQ

Избранный
10
2
xalqqazeti.az

3Источники