RU

Zelenski Putinlə görüşə hazır olduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ilə danışıqlardan sonra Ukrayna lideri Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin ilə ikitərəfli görüşə hazır olduğunu bildirib.

APA xəbər verir ki, Ukrayna Prezidenti bunu Ağ Evdə baş tutan brifinqdə deyib.

"Mən bunu təsdiqlədim və bütün liderlər də mənimlə razılaşdı ki, biz Putinə ikitərəfli görüşə hazırıq", – deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, bu görüşdən sonra Trampın iştirakı ilə üçtərəfli görüşün keçirilməsini gözləyir.

Избранный
44
apa.az

1Источники