RU

Etirazçılar Belqradda hakim partiyanın ofisini daşa basdılar

BAKI, 19 avqust. TELEQRAF

Serbiyada etirazçılar hakim Serb Tərəqqi Partiyasının (SPP) Belqraddakı ofislərindən birini daşa basıblar.

Teleqraf xəbər verir ki, bu barədə "N1" telekanalı məlumat yayıb.

Hüquq fakültəsinin yürüşü zamanı bir qrup gənc Palilula rayonundakı Cvijeçevoj küçəsindəki SPP ofisinin şüşələrini sındırıb. Hücum zamanı ofisdə heç kim olmayıb. Daha sonra hadisə yerinə gələn jandarmlar kütləni geri çəkə biliblər.

Avqustun 18-də Belqrad, Novi Sad və digər şəhərlərdə etiraz aksiyaları keçirilib. Sosial mediada həmçinin Novi Pazarda nümayişçilərin Çernoqoriyaya gedən magistral yolu bağladıqları bildirilir.

Serbiyada ötən il noyabrın 1-də Novi Sad dəmir yolu vağzalında tavanın uçmasından sonra tələbələr və müxalifət qüvvələrinin kütləvi etirazları başlayıb.

Sosial xarakterli etirazlarda sonradan siyasi şüarlar səsləndirilib.

İştirakçılar dərhal növbədənkənar parlament seçkilərinin keçirilməsini və hazırkı kabinetin istefasını tələb etdilər.

Избранный
23
teleqraf.com

1Источники