RU

Ukrayna üçün təhlükəsizlik təminatları 7 gün ərzində hazırlanacaq –ZELENSKİ

Ukrayna üçün təhlükəsizlik təminatlarının yaxın 7-10 gün ərzində hazırlanaraq sənədləşdirilməsi planlaşdırılır.

Bunu ABŞ-da aparılan danışıqlardan sonra Ukrayna Prezidenti Vladimir Zelenski açıqlayıb.

“Bütün bunlar kağız üzərində müəyyən formada 7-10 gün ərzində rəsmiləşdiriləcək”, – deyə o bildirib.

Zelenskinin sözlərinə görə, təhlükəsizlik təminatlarının üç əsas tərkib hissəsi var: Ukrayna ordusunun silahlandırılması, müttəfiqlərin öhdəlikləri, Ukraynanın müdafiə-sənaye kompleksinin inkişafı.

AzPost.az

Избранный
5
3
azpost.info

4Источники