RU

Gəncədə baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub FOTO YENİLƏNİB

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gəncədə baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.APA-nın yerli bürosunun məlumatına görə, şəhərin 1-ci mikrorayonunda Vaqif küçəsində hərəkətdə olan "Toyota" markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb.

Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə, mağazaya və hərəkətsiz vəziyyətdə dayanmış iki digər minik avtomobilinə – "Chevrolet" və "Mercedes-ə" çırpılıb. Zərbənin təsirindən "Toyota" yol kənarına aşıb.

Qəza zamanı Toyota-nın sürücüsü, Şirvan şəhər sakini, 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda ölüb.Qeyd edək ki, həyatını itirən Tural Qənbərov III MDB Oyunlarının Gəncə üzrə meneceri olub.

Faktla bağlı araşdırma aparılır.

***

08:07Gəncədə ağır yol qəzası baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Chevrolet" markalı minik avtomobili ilə "Toyota" toqquşub.Qəza nəticəsində bir nəfər - 1989-cu il təvəllüdlü Tural Qənbərov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
94
7
apa.az

9Источники