RU

Bu yeni tikilən mənzillərdən İLAN ÇIXIR

Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Suraxanı rayonundan olan bir qrup sakin yaşadıqları ünvandan narazı olduqlarını bildirib.

Hafta.az xəbər verir ki, layihədə həmin ərazidə bir yox, bir neçə binanın tikiləcəyi, ətrafının yaşıllıqla təmin olunacağı, həyətyanı sahənin abadlaşdırılacağı və yolun asfaltlanacağı göstərilib. Lakin reallıqda vəziyyət fərqlidir.

Sakinlərin sözlərinə görə, mənzil aldıqları layihəni sosial şəbəkə platforması "TikTok"da görüblər. Onlara təqdim edilən binalarda ciddi problem olmasa da, həyətlərdə nə uşaqlar üçün oyun meydançası, nə də söhbətgah mövcuddur.

Bundan başqa, ərazidə sahibsiz itlərin çoxluğu sakinlərə ciddi narahatlıq yaradır. Hətta bəzi sakinlər mənzillərində ilana rast gəldiklərini də bildiriblər.

Ətraflı Xəzər TV-nin süjetində:

Избранный
12
4
hafta.az

5Источники