RU

Trampın Ukrayna və Avropa liderləri ilə görüşünün NƏTİCƏLƏRİ

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri ilə görüşünün yekunlarına dair açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, görüşün əsas mövzusu Ukrayna üçün təhlükəsizlik zəmanətləri olub və bu zəmanətlər Avropa ölkələri tərəfindən ABŞ ilə koordinasiyalı şəkildə təqdim ediləcək.

Prezident bildirib ki, görüşün sonunda o, Vladimir Putinə zəng edib və Rusiya liderinin Zelenski ilə görüşünün təşkilinə başlanılıb.

Görüşün yeri yaxın günlərdə müəyyənləşdiriləcək.

Bundan sonra isə Tramp, Putin və Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur.

"Bu, dörd il davam edən münaqişə üçün çox yaxşı bir ilkin addımdır", — deyə Tramp qeyd edib.

O həmçinin vurğulayıb ki, prosessdə Vitse-prezident Cey Di Vens, Dövlət Katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoff Rusiya və Ukrayna ilə əlaqələndirməni həyata keçirirlər.

Qeyd edək ki, dünən Vaşinqtonda ABŞ, Ukrayna və Avropa liderləri arasında görüş keçirilib. 

Bizim.Media 

Избранный
8
6
bizim.media

7Источники