BAKI, 19 avqust. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında I tura yekun vurulacaq.
Teleqraf xəbər verir ki, son oyun “Zirə” və “Araz-Naxçıvan” komandaları arasında təşkil olunacaq.
Zirə İdman Kompleksində keçiriləcək matçıb baş hakim Rəvan Həmzəzadə idarə edəcək. Görüş saat 20:00-da başlanacaq.
Azərbaycan Premyer Liqası
I tur
20:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Zirə İdman Kompleksi
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Qəbələ" ilə, "Neftçi" isə "Şamaxı" ilə heç-heçə edib - 1:1. "Turan Tovuz" "İmişli"yə 1:0, “Sumqayıt” isə “Kəpəz” üzərində 3:0 hesablı qələbə qazanıb. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.