RU

FT: Ukrayna təhlükəsizlik zəmanətləri qarşılığında ABŞ-dan 100 milyard dollarlıq silah almağı təklif edib

Ukrayna Avropa ölkələrinin maliyyə dəstəyi hesabına ABŞ-dan 100 milyard dollar dəyərində silah almağa hazırdır, lakin bunun müqabilində Vaşinqtondan təhlükəsizlik zəmanətləri tələb olunur.

APA xəbər verir ki, bu barədə "Financial Times" qəzeti əldə etdiyi sənədə istinadla məlumat yayıb.

Sənəddə Kiyevin hansı silahları almağa hazır olduğu qeyd olunmur. Lakin qəzet xatırladır ki, Ukrayna hökuməti bir müddət öncə ən azı 10 Patriot hava hücumundan müdafiə sistemi, eləcə də digər raket və avadanlıqları almaq niyyətində olduğunu açıqlamışdı.

Избранный
3
3
apa.az

4Источники