RU

Tramp Avropa liderləri ilə görüşünün yekunlarına dair AÇIQLAMA VERDİ

Ajans.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında paylaşım edib. Trampın sözlərinə görə, görüşün əsas mövzusu Ukrayna üçün təhlükəsizlik zəmanətləri olub və bu zəmanətlər Avropa ölkələri tərəfindən ABŞ ilə koordinasiyalı şəkildə təqdim ediləcək. O bildirib ki, görüşün sonunda Vladimir Putinə zəng edib və Rusiya liderinin Zelenski ilə görüşünün təşkilinə başlanılıb.

Görüşün yeri yaxın günlərdə müəyyənləşdiriləcək.

Bundan sonra isə Tramp, Putin və Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi nəzərdə tutulur.

"Bu, dörd il davam edən münaqişə üçün çox yaxşı bir ilkin addımdır", — deyə Tramp qeyd edib.

Избранный
27
6
Ajans.az

7Источники