RU

MPL: Ötən mövsümün gümüş və bürünc medalçıları Zirədə qarşılaşır -YENİLƏNİR

Misli Premyer Liqasında 1-ci tur davam edir. 

Fanat.Az xəbər verir ki, açılış turunda bu gün daha bir oyun keçiriləcək.

Ötən mövsümün gümüş və bürünc medalçıları - "Zirə" ilə "Araz-Naxçıvan" üz-üzə gələcəklər. Avrokubokda mübarizəni dayandıran komandalar Zirədə qarşılaşacaqlar. 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Qəbələ" ilə, "Neftçi" "Şamaxı" ilə heç-heçə edib - 1:1. "Turan Tovuz" "İmişli" üzərində 1:0, "Sumqayıt" isə "Kəpəz" ilə oyunda 3:0 hesablı qələbə qazanıb. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb.

Misli Premyer Liqası
1-ci dövrə, 1-ci tur
19 avqust 

20:00. “Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Elvin Bayramov. 
VAR: Nicat İsmayıllı, Asiman Əzizli. 
Hakim-inspektor: Ömər Paşayev. 
AFFA nümayəndəsi: Seymur Səlimli. 
Zirə İdman Kompleksinin stadionu. 

Избранный
14
2
fanat.az

1Источники