Sumqayıt şəhərində mənzildə yıxılaraq xəsarət alan 64 yaşlı kişi ölüb.
Bakues.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsində qeydə alınıb.
1961-ci il təvəllüdlü Musa İsa oğlu Məmmədov yaşadığı mənzildə yıxılaraq həyatını itirib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.