RU

Birinci yarımildə ilan sancması ilə xəstəxanaya müraciət edənlərin sayı açıqlandı

Bakı. Trend:

2025-ci ilin ilk 6 ayı ərzində TƏBİB tabeli tibb müəssisələrinəilan zəhəri ilə toksik effekt diaqnozu ilə ümumilikdə 148 nəfərmüraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumatverilib.

Bildirilib ki, sözügedən dövr ərzində ölüm faktı qeydəalınmayıb.

"Qeyd edək ki, TƏBİB tərəfindən tibb müəssisələrinin isti havaşəraiti ilə əlaqədar mövsümü xarakter daşıyan ilan və digər zəhərlihəşəratların dişləməsinə qarşı zərdabla təminatı həyatakeçirilib.

Respublikanın ayrı-ayrı regionlarında yerləşən mərkəzi rayonxəstəxanaları, eyni zamanda, Bakıdakı bütün poliklinikalar zəruritələbata uyğun olaraq zərdabla tam təmin olunub.

İlan və həşərat sancmaları daha çox Mərkəzi Aran rayonları üçünxarakterikdir. Zərdab təminatı müəssisələrin təqdim etdiyitələbnaməyə uyğun olaraq dövri şəkildə tam təhciz olunur.Zərdablar, əsasən, Mərkəzi Asiya ölkələrindən gətirilir. Bununsəbəbi odur ki, həmin ölkələrin relyef-iqlim şəraiti, ilan vəhəşəratların növü bizim ölkə ilə uyğunluq təşkil edir", - deyəəlavə edilib.

Məqalədə:
Избранный
28
4
az.trend.az

6Источники