RU

NATO baş katibi: Ukraynanın təhlükəsizliyi belə təmin olunacaq

Hazırda Ukraynanın təhlükəsizliyi ilə əlaqədar olaraq NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatları müzakirə olunur.

Azreform.info xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra Ukraynanın təhlükəsizlik təminatları ilə bağlı açıqlama verərəkən deyib.

Baş katib bildirib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi yox, “5-ci maddə” üslubunda təhlükəsizlik təminatı müzakirə olunur.

"Vəziyyət belədir: ABŞ və bəzi digər ölkələr Ukraynanın NATO-ya üzvlüyünə qarşı olduqlarını bəyan ediblər. NATO-nun rəsmi mövqeyi... Ukrayna üçün NATO-ya dönməz yol var", - Rutte bildirib. 

NATO-nun təsis müqaviləsinin 5-ci maddəsi kollektiv müdafiə prinsipini təsbit edir və ona görə NATO-nun 32 üzvündən hər hansı birinə hücum hamıya qarşı hücum hesab olunur.

Ruttenin sözlərinə görə, Ukrayna müxtəlif ölkələr tərəfindən təhlükəsizlik zəmanətləri ilə təmin oluna bilər.

"Bu, təkcə NATO ilə məhdudlaşmır - dünyanın bir çox ölkələri arasında oxşar sazişlər mövcuddur, məsələn, ABŞ-ın Cənubi Koreya və Yaponiya ilə müqavilələri var. Ukrayna münaqişə başa çatdıqdan sonra öz təhlükəsizlik sazişlərini bağlamaq hüququna malik olacaq və hazırda belə təminatların yaradılması üçün Avropa və qeyri-Avropa tərəfdaşları ilə koordinasiya aparılır", - o əlavə edib.

Bununla yanaşı, Rutte bildirib ki, Ukrayna üçün təhlükəsizliyin ən güclü təminatı güclü ordunun olmasıdır.

O, həmçinin xatırladıb ki, ABŞ hazırda Ukraynaya silah satır, Avropa ölkələri isə NATO vasitəsilə alqı-satqıya kömək edir. Bu, Ukraynaya özünü lazımi silahlarla təmin etmək imkanı verir, eyni zamanda müdafiə potensialını gücləndirir və beynəlxalq təhlükəsizlik sistemləri ilə inteqrasiya edir.

Mürtəza

Избранный
17
2
azreform.info

3Источники