Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında iki sərbəst güləşçimiz bürünc medal qazanıb.
Offsideplus.az xəbər verir ki, Nurlan Ağazadə və Yusuf Dursunov Azərbaycana bürünc medal ilə qayıdacaq.
N. Ağazadə gürcüstanlı rəqibi Qoqa Otinaşviliyə 4:0 hesabı ilə qalib gələrək bu uğuru əldə edib.
Y. Dursunov isə fransalı rəqibinə 3:1 hesabı ilə qalib gəlib.
Bu gün daha iki güləşçimiz fəxri kürsünün son pilləsinə qalxa bilər.