RU

İki sexin fəaliyyəti DAYANDIRILIB

Yazını böyüt
Yazını kiçilt

Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan iki sexin fəaliyyəti dayandırılıb.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "Marz" MMC-yə məxsus məişət metal təsərrüfat təyinatlı əşyaların istehsalı və Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 103 ünvanında yerləşən "Metprof" MMC-yə məxsus qapı-pəncərə istehsalı sexlərində keçirilən yoxlamalar zamanı yanğın təhlükəsizliyi sahəsində çox sayda nöqsanın mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sexlərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyekt nümayəndələrinə təqdim edilib.

Избранный
40
19
hafta.az

10Источники