Demokrat.az xəbər verir ki, sakinlər və qonaqlar əsas marşrutlar üzrə rahat, ekoloji təmiz, əlverişli və sürətli hərəkət etmək üçün qolfkar-avtobuslardan istifadə edə bilərlər.
Marşrut xətti Qız Qalası qarşısından başlayaraq Qüllə küçəsi, Kiçik Qala, Vəli Məmmədov, Asəf Zeynallı və Böyük Qala küçələrindən keçir, daha sonra yenidən Qız Qalası önündə yerləşən son dayanacaqla tamamlanır. Qoruğun ən çox istifadə olunan yollarını əhatə edən bu xətt üzrə ümumilikdə 10 dayanacaq müəyyən edilib. İlkin mərhələdə iki qolfkar xətdə buraxılıb. İstifadəçi sayı artdıqca xətdə buraxılacaq nəqliyyat vasitələrinin sayı da artırılacaq.
Marşrutun planlaşdırılmasında turistik və mədəni obyektlərə yaxınlıq xüsusi nəzərə alınıb. Sərnişinlər bu nəqliyyat vasitəsindən istifadə edərək Qız Qalası, Şirvanşahlar Sarayı, Maqsud İbrahimbəyovun ev muzeyi kimi önəmli mədəni məkanlara rahatlıqla gedə bilərlər.
Qolfkar-avtobuslardan istənilən şəxs məhdudiyyətsiz şəkildə istifadə edə bilər. 10 yaşına qədər uşaqlar və yaşı 60-dan yuxarı olan sərnişinlər üçün xidmət ödənişsizdir. Digər sərnişinlər üçün qiymət 1 manatdır. İlkin olaraq iş saatları 14:00-dan 22:00-dək müəyyən edilib.
Elektriklə işləyən qolfkar-avtobuslar ətraf mühitə zərər vermir, səs-küy yaratmır, tarixi abidələrin qorunmasına uyğun ekoloji standartlara cavab verir və İçərişəhər ərazisində nəqliyyat vasitələrinin hərəkət intensivliyini azaltmağa xidmət edəcək..

10Источники
-
banker.azİçərişəhərdə yeni nəqliyyat xidməti fəaliyyətə başlayıb – Qiymət ( 20502462)
-
news24.azBundan sonra İçərişəhəri avtobusla gəzə bilərsiniz- Qiymət açıqlandı ( 20484006)
-
yeniazerbaycan.comİçərişəhərdə qolfkar-avtobuslar istifadəyə verilib ( 20496306)
-
baki-xeber.comİçərişəhərdə qolfkar-avtobuslar istifadəyə verilib - cəmi 1 manata... ( 20484759)
-
gundem.azİçərişəhərdə YENILIK ( 20484363)
-
ictimairey.azİçərişəhərdə YENİLİK – Gediş haqqı 1 manat – FOTO ( 20483406)
-
metbuat.azİçərişəhərdə qolfkar-avtobuslar istifadəyə verildi ( 20479284)
-
moderator.azİçərişəhərdə qolfkar-avtobuslar istifadəyə verilib ( 20479140)
-
tribunainfo.azİçərişəhərdə avtobus: Gedişhaqqı 1 manat – FOTO ( 20478270)
-
sherg.azİçərişəhərdə qolfkar-avtobuslar istifadəyə verildi ( 20477970)