RU

Avropa liderləri Trampla görüşü müsbət qiymətləndiriblər

ABŞ prezidenti Donald Trampla görüşdə iştirak edən Avropa liderləri müzakirələrin nəticələrini müsbət qiymətləndiriblər. Vətəninfo.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb .

Almaniya kansleri Fridrix Merz görüşün bu qədər uğurlu keçəcəyini gözləmədiyini bildirib.

O, jurnalistlərə açıqlamasında “Gizlətmək istəmirəm ki, hər şeyin tam olaraq belə olacağına əmin deyildim, hər şey başqa cür də ola bilərdi. Amma gözləntilərim nəinki özünü doğrultdu, əksinə, nəticələr onları üstələyib”.

Merz bildirib ki, Tramp görüşdən sonra Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı “Rusiya və Ukrayna prezidentləri arasında növbəti iki həftə ərzində görüş keçirilməsinə razılaşıb”.

Merz əlavə edib ki, görüşün yeri hələ razılaşdırılmayıb və görüşün özü də “bütün görüşlər kimi, yaxşı hazırlanmalıdır, biz bunu prezident Zelenski ilə edəcəyik”.

O qeyd edib ki, ərazi məsələləri ikitərəfli görüş zamanı müzakirə edilməli, ondan sonra Trampın iştirakı ilə üçtərəfli görüş keçirilə bilər.

Merz onu da diqqətə çatdırıb ki, onun fikrincə, avropalılar və amerikalılar təhlükəsizlik təminatlarında kimin və nə dərəcədə iştirak edəcəyini müzakirə etməlidirlər.

“Çox güman ki, bütün Avropa iştirak etməlidir. Söhbət təkcə Ukrayna ərazisindən deyil, həm də Avropanın siyasi nizamından gedir”, – o vurğulayıb.

Finlandiya prezidenti Alexander Stubb qeyd edib ki, görüş “istəklilər koalisiyası” ölkələri arasında Ukraynaya dəstəyin davam etdirilməsinin zəruriliyi ilə bağlı sarsılmaz konsensus nümayiş etdirib”. 

O qeyd edib ki, Avropa və ABŞ “ümumi mövqelərini möhkəmləndirməkdə davam edirlər”.

Bu arada Fransa prezidenti Emmanuel Makron keçirdiyi mətbuat konfransında “möhkəm və işlək sülh sazişi”nə ehtiyac olduğunu bildirib. Makron həmçinin təhlükəsizlik zəmanətlərinin və sülhməramlı əməliyyatların zəruri olacağını bildirib.

Избранный
6
veteninfo.az

1Источники