Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti Məsud Pezeşkianı qəbul edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Rəsmi qarşılanma mərasimi Baqramyan 26 ünvanındakı hökumət iqamətgahının həyətində baş tutub.
İran nümayəndə heyətinin Ermənistandakı görüşlərinin gündəliyinə ikitərəfli münasibətlərin müzakirəsi, həmçinin regional təhlükəsizlik məsələləri, Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyət daxildir.