RU

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Avqust ayının 18-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yerləşən biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğını 24 yaşlı Eltun Əliyev və 34 yaşlı Nicat Xubalıyevin ehtiyasızlıqdan törətdiyi məlum olub. Nəticədə 15 hektar ərazidə quru ot yanıb.

Hər iki şəxs saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb. Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Избранный
26
35
tribunainfo.az

10Источники