RU

Ermənistanın Rusiyada konsulluğu bağlandı

Uralda Ermənistanın konsulluğu bağlanıb.

News24.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Ura.ru” konsulluğa istinadən məlumat yayıb.

Qeyd olunur ki, onun fəaliyyətinin dayandırılmasından əvvəl Ermənistan Apostol Kilsəsini dəstəkləyən Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyan vəzifəsindən azad edilib.

"Hörmətli vətəndaşlar, Ermənistanın Yekaterinburqdakı fəxri konsulu Narek Spartakyanın statusunun ləğv edilməsi ilə əlaqədar olaraq bildiririk ki, sözügedən fəxri konsulluğun ofisi öz fəaliyyətini dayandırıb. Yeddi il ərzində bizə 57 mindən çox vətəndaş müraciət edib", - məlumatda bildirilib.

Bütün məsələlərlə bağlı Ermənistanın Rusiyadakı digər konsulluq müəssisələrinə müraciət etmək tövsiyə olunur.


Избранный
45
6
news24.az

10Источники