RU

Avropa çempionu Marqarita Stepanenko UNEC komandasında

Bakı. Trend:

Azərbaycan millisinin aparıcı voleybolçularından biri olanMarqarita Stepanenko karyerasını yenidən Bakıda davam etdirəcək.Təcrübəli hücumçu artıq UNEC voleybol komandası ilə müqaviləbağlayıb. O, yeni mövsümdə UNEC klubunun qələbəsi uğrunda mübarizəaparacaq.

Karyerası ərzində Polşa, Türkiyə, Rusiya, Macarıstan, Yunanıstanvə İsrail çempionatlarında yarışmış M.Stepanenko ötən mövsümüİsrailin “Makkabi Aşdod” klubunda çempion kimi başa vurub. Bundanəvvəl isə o, Yunanıstanda “Panatinaikos”la həm ölkə çempionluğunun,həm də kubok qazanmağın sevincini yaşayıb. Həmçinin Rusiyanın“Minçanka”sında çıxış etdiyi vaxt komandanın ilk dəfə elit“altılığa düşməsində mühüm rol oynayıb.

Səkkiz ildən sonra Azərbaycan voleyboluna qayıdan təcrübəlioyunçu UNEC barədə fikirlərini bölüşüb:

“Azərbaycana qayıtdığım və UNEC-də oynayacağım üçün çox şadam.Klubdan peşəkar yanaşma gördüm və burada olmaqdan məmnunam. UNEC-ingənc, iddialı komandası var. Mən də bu komandaya qoşularaq uğurlaraimza atmaq və azarkeşləri sevindirmək istəyirəm.”

M.Stepanenko həmçinin ölkəmizin ev sahibliyi edəcəyi Avropaçempionatından da danışıb:

“2017-ci ildə Bakıda keçirilən Avropa çempionatı möhtəşəmtəşkilatçılıqla yadda qaldı. İnanıram ki, gələn ilki Avropaçempionatında UNEC komandamız Azərbaycan azarkeşlərinin dəstəyi iləuğurlu nəticə əldə edəcək.”

Məqalədə:
Избранный
3
6
az.trend.az

7Источники