RU

Saatlıda maşın kanala aşdı - Yaralı var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Saatlı rayonunun Kamallı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Bakuinfo" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Opel" markalı minik avtomobili su kanalına düşüb, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Избранный
21
20
bakuinfo.net

10Источники