Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Xaçmaz, 19 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində Qudyalçay çayı üzərində yeni piyada körpüsü inşa olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, piyada körpüsü Qudyalçayda suyun səviyyəsinin artması səbəbindən yaranan sel sularının təsiri ilə qəzalı vəziyyətə düşmüşdü. Bu səbəbdən də yeni körpünün inşasına zərurət yaranmışdı.
Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə inşa olunan metal konstruksiyalı körpünün uzunluğu 42, eni və hündürülüyü isə 2,3 metrdir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.