RU

Avstriyanın  Tehrandakı səfirliyi konsulluq xidmətlərini dayandırdı 

Almaniyanın İrandakı səfirliyinin müvəqqəti bağlanmasından sonra Avstriyanın Tehrandakı səfirliyi də konsulluq xidmətlərini növbəti xəbərdarlığa qədər dayandırdığını açıqlayıb.

Səfirlik bu qərarı “mövcud şərait və öhdəsindən gəlinməz maneələrlə” əsaslandırıb. Rəsmi açıqlamaya görə:

🔹Yeni müraciətlər qəbul edilmir;
🔹Əvvəlki sənədlər üzrə iş aparılmır;
🔹Avqustun 31-dək rezerv edilmiş bütün görüşlər dəyişdirilmədən ləğv olunub.

Qeyd olunub ki, fövqəladə hallarda belə konsulluq yardımı göstərilməyəcək və yalnız vəziyyət normallaşdıqdan sonra yeni görüşlər təyin olunacaq. (Təbrizin Səsi)

Избранный
22
veteninfo.az

1Источники