RU

Aydan onu inandırdı… – FOTOLAR

“AZAL təyyarəsinin qəzaya uğrama videolarını izləyən qardaşım oğlu Tuqaya hadisə çox pis təsir etmiş, təyyarə qorxusu yaranmışdı. Hətta qardaşı doğulanda da nə qədər təkid etdik, Bakıya gəlmək istəmədi”.

KONKRET.az xəbər verir ki, bu haqda şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat paylaşıb.

Onun sözlərinə görə, Tuqay təyyarənin salonunda həmin qəzadan möcüzəvi şəkildə sağ çıxan bələdçi Aydan Rəhimli ilə rastlaşıb: “Bir neçə gün əvvəl valideynləri ilə birgə Bakıya gəlməyə razılaşan Tuqay təsadüfən qəzada sağ qalan, “Rəşadət” ordeni ilə təltif olunan Aydan xanımla təyyarənin salonunda rastlaşıb. Naxçıvandan qayıdan Aydan xanım ona təyyarənin qorxulu olmadığını, daha qəza olmayacağını, birlikdə rahat uçacaqlarını deyərək inandırmağı bacarıb”.

Qeyd edək ki, A.Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunan ilk qadın kimi Azərbaycan tarixinə düşüb.

Xatırladaq ki, 25 dekabr 2024-cü ildə AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

536274057
3d545b48c973090b1e1fae5b08b5e209
1736149943
Избранный
60
11
konkret.az

10Источники