RU

Nizami Cəfərov: Qrabar dili, üç dəniz dövləti - Bu qədər yalanı müdafiə etmək çətindir

"Ermənistan ar Rusiyasının himayəsində yarandığı dövrdən başlayaraq, yəni XIX əsrin 30-40-cı illərindən qonşulara qarşı xüsusi düşmənçilik siyasəti aparıb. Bunu da erməni dövləti özünün mövcud olmağının əsasında həyata keçirib. İddiaları da o olub ki, guya bu regionda vaxtilə eramızın ilk əsrlərində ayrıca müstəqil “Ermənistan dövləti” olub".
 
Moderator.az bildirir ki, bu sözləri Teleqraf-a Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov deyib.
 
Akademikin qeyd edib ki, tarixi mənbələr bölgəyə hansısa missiya ilə gələnlərin, xristianlığı yayanlar olduğunu təsdiq edir: “Həmin dövrdə xristianlığı qəbul edənlər isə müqəddəs kitab olan “İncil”i öz dillərinə çevirirdilər. İslam qəbul edənlər isə bir qayda olaraq ərəb dilini öyrənirdilər və bütün mərasimləri bu dildə icra edirdilər. Beləliklə, xristianlığı qəbul edənlərin dilləri inkişaf edib, ilk əlifbaları yaranıb. Bu cəhət olsa da xristianlıq bölgəyə müxtəlif dillərdə gəlib. Həmin gəlmə dillərdən bir də erməni dili idi. Onlar bunu qədim erməni dili kimi qrabar adlandırırdı. Məhz bu əsasa dayanaraq ermənilər dini dövlətə çevirməyə çalışırdılar. Hansısa bir kilsə olubdusa, onu cəmiyyət və dövlət kimi təqdim ediblər. XIX əsrin 80-90-cı illərindən isə ermənilər dünya miqyasında çıxmaq, imkanlı, nüfuzlu təşkilatlardan istifadə etmək, qabaqcıl universitetlərində təhsil almağa çalışıblar. Məqsədləri isə dövlətçilik təfəkkürünə nail olmaq idi. Dövlətçilik ənənələri olmadığına görə bu “missiya”nı kilsə üzərinə götürüb”.
 
 
Mərkəz sədri ermənilər azərbaycanlılara məxsus tarixi faktları saxtalaşdırmaq, dövlət qurumlarını mənimsəməklə məşğul olduqlarını söyləyib: “Bunun üçün bəlli coğrafiyada yayılmış ritualların, mədəniyyət əsərlərinin, abidələrin məhz onlara aid olmasını təbliğ emtəklə məşğul olublar. Hətta tarixi, mədəni, dini abidələri rekonstruksiya etməklə ona müəyyən elementlər daxil edilib. Bölgədə tarixi, dini, maddi-mədəni nə varsa o ermənilərə məxsus olmalıdır təfəkkürünü təbliğ ediblər. Eramızdan əvvəl III-IV əsrlərdə mövcud olmuş Albaniya dövlətinə aid mədəniyyət nümunələri ermənilərin əsas hədəfi olub. Hətta belə bir dövlət olmayıb kimi iddialarla çıxış ediblər”.
 
 
Nizami Cəfərova görə, Ermənistan uzun on illiklər Türkiyə ərazisindəki Ağrı dağının şəklini dövlətin gerbində təsvir kimi saxlamaqla, o bölgənin özlərinə aid olduğu iddiası ilə yaşayırlar: “Hətta üç dəniz arasında Ermənistan dövləti deyə bir absurd iddiaları da var. Aralıq, Qara və Xəzər dənizi arasında guya böyük Ermənistan dövləti olub. Bunu özləri üçün şablona çeviriblər. Bir zamanlar onlar isə üç dəniz dedikdə Van, Urmiya və Göyçə gölünün aralığında olan bir ərazi təsvir olunurdu. Sonradan hamıya məlum olur ki, erməni dövləti, erməni mədəniyyəti anlayışı fiksiyadır. Guya qədim erməni xalçası olub və s. Amma mütəxəssislər bilirlər ki, xalça sənəti özlüyündə 7-8 sənəti birləşdirir. Qoyunçuluqdan, boyaçılığa qədər bir neçə sənətin mürəkkəbliyini, incəliyini ermənilər bilmirlər. Yeməklər, geyimlər, tikililərlə bağlı eyni yanaşmaları var. İndi isə ermənilərə şans verilib ki, bu dünyanın cəmiyyəti olmağı bacarsınlar. Çünki yalanı müdafiə etmək onu uydurmaqdan çox çətindir”.
Избранный
27
1
moderator.az

2Источники