RU

Uraldakı Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edilib?

Çelyabinsk vilayətinin Azərbaycan icmasının rəhbəri, iş adamı Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib və Rusiya Federasiyasına girişinə qadağa qoyulub.

“İki sahil” xəbər verir ki,  bu barədə Sputnik Ermənistan nəşri məlumat yayıb.

Bildirilir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) qərarı ilə Çelyabinsk vilayətinin azərbaycanlı icmasının rəhbərinin pasportu ləğv edilib. Nəşr yazır ki, Ərşad Xankişiyev “etno-separatizmi” təbliğ etməkdə ittiham olunur.

Ərşad Xankişiyevin vətəndaşlıqdan çıxarılması ilə bağlı məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Избранный
41
ikisahil.az

1Источники