RU

Azərbaycanın TDT-ə üzv ölkələrlə ticarət əməliyyatlarının həcmi açıqlanıb - CƏDVƏL

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə (Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan) xarici ticarət dövriyyəsi 4 milyard 227,6 milyon ABŞ dolları təşkil edib.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hesablamalar aparıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% çoxdur.

Dövr ərzində Azərbaycanın TDT-ə üzv ölkələrlə ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 14,7%-i həcmində olub.

Ticarət dövriyyəsi

7 ayda Azərbaycanın ticarət dövriyyəsi Türkiyə ilə 3 milyard 384 milyon ABŞ dolları (illik 6,5% -), Qazaxıstanla 517,2 milyon ABŞ dolları (illik 3,8 dəfə +), Özbəkistanla 268,9 milyon ABŞ dolları (illik 2,3 dəfə +), Qırğızıstanla isə 57,7 milyon ABŞ dolları (illik 2 dəfə +) təşkil edib. Azərbaycanın ümumi ticarət dövriyyəsində Türkiyə ilə ticarət dövriyyəsi 11,7%, Qazaxıstanla ticarət dövriyyəsi 1,8%, Özbəkistanla ticarət dövriyyəsi 0,9%, Qırğızıstanla ticarət dövriyyəsi 14,7% paya sahib olub.

İxrac

Hesabat dövründə Azərbaycan Türkiyəyə 2 milyard 9 milyon ABŞ dolları (illik 13,7% -), Qazaxıstana 60 milyon ABŞ dolları (illik 53,3% +), Özbəkistana 35,4 milyon ABŞ dolları (illik 90,2% +), Qırğızıstana isə 7,5 milyon ABŞ dolları (illik 67,6% +), dəyərində məhsul ixrac edib. Ölkənin ümumi ixrac həcminə nisbətdə Türkiyəyə ixrac 13,2%, Qazaxıstana ixrac 0,4%, Özbəkistana ixrac 0,2%, Qırğızıstana ixrac 0,05% təşkil edib.

İdxal

Yanvar-iyulda Azərbaycana Türkiyədən 1 milyard 374,9 milyon ABŞ dolları (illik 6,5% +), Qazaxıstandan 457,1 milyon ABŞ dolları (illik 4,7 dəfə +), Özbəkistandan 233,5 milyon ABŞ dolları (illik 2,3 dəfə +), Qırğızıstandan 50 milyon ABŞ dolları (illik 9,6 dəfə +) dəyərindən məhsul idxal edilib. Ölkənin ümumi idxalında Türkiyədən idxal 10,1%, Qazaxıstandan idxal 3,4%, Özbəkistandan idxal 1,7%, Qırğızıstandan idxal 0,4 paya malik olub.

Избранный
3
2
apa.az

3Источники