RU

Bakıda avtoyuma məntəqəsində FACİƏ: Maşın yuyanda "tok" vurub öldürdü

Bakıda avtoyuma mənqəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az-ın xəbərinə görə, hadisə Suraxanı rayonu ərazisində qeydə alınıb. 

Belə ki, avqustun 18-i saat 23 radələrində Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Seymur Arif oğlu Həsənov işlədiyi avtoyuma məntəqəsində işləyən zaman ehtiyatsızlıqdan elektrik cərəyan vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Aqil Qarayev

Избранный
40
1
news24.az

2Источники