RU

Ermənistanın Yekaterinburqdakı konsulluğu bağlanıb

Ermənistanın Rusiyanın Yekaterinburq şəhərindəki diplomatik nümayəndəliyi 7 illik fəaliyyətindən sonra bağlanıb. 

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Narek Spartakyanı Ermənistanın Yekaterinburqdakı fəxri konsulu vəzifəsindən azad edib. Bununla belə, qərarın səbəbi açıqlanmayıb.

“Bütün suallarınız üçün Ermənistan Respublikasının Rusiyadakı digər konsulluq idarələri ilə əlaqə saxlamağınız xahiş olunur”, - bəyanatda deyilir. 

Nurlana ƏhmədovaMissiya.Az

Избранный
19
missiya.az

1Источники