RU

Bakıda moped və qızıl-zinət əşyası oğurlayan şəxslər saxlanıldı

Bakıxanov qəsəbə sakininin yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi avtomobilindən 8000 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı Ə.Namazov saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə zərərçəkmişə məxsus mopedi oğurlamaqda şübhəli bilinən A.Şükürov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.
Избранный
56
20
sherg.az

10Источники