RU

RUSİYADA AZƏRBAYCANLI “OVU” GÜCLƏNİR Tanınmış iş adamını Navalnıya necə “calayıblar”?

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Kremlin göstərişi ilə Rusiyada nisbətən imkanlı azərbaycanlı iş adamlarına qarşı təqib kampaniyası davam edir. Bu dəfə Rusiya mətbuatının yazdığına görə, Çelyabinsk vilayətinin azərbaycanlı icmasının rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından çıxarılıb.

Xankişiyev Çelyabinskdə kifayət qədər tanınmış iş adamıdır. Rusiya FSB-sinin qərarı ilə Xankişiyevin pasportu ləğv edilib və onun Rusiyaya girişinə qadağa qoyulub.

Rusiya mediasının yazdığına görə, FSB Xankişiyevi “etnik separatizmin təbliğatı və Aleksey Navalnıya dəstəkdə” ittiham edib. Azərbaycanlı iş adamının Çelyabinskdə(!) hansı separatizmlə məşğul ola biləcəyi olduqca müəmmalıdır və inandırıcı deyil. Rusiya müxalifətinin lideri sayılan və həbsxanada öldürülən Navalnıya dəstəyə gəlincə, bu da olduqca absurd görünür. Xatırladaq ki, Navalnı az qala iki ilə yaxındır ki, həyatda yoxdur. Xankişiyevin sosial şəbəkə səhifələrində, yaxud hansısa digər platformalarda Navlnını dəstəklədiyinə dair də heç bir paylaşıma, açıqlamaya rast gəlinmir. Digər yandan kifayət qədər böyük təcrübəsi və geniş biznesi olan iş adamının Rusiya reallıqları çərçivəsində müxalifət liderini dəstəkləməsi olduqca mənasız və mümkünsüz görünür.

Qeyd edək ki, Xankişiyev təkcə ötən il Rusiya büdcəsinə 2 milyard rubla yaxın rəsmi vergi ödəyib. O, Fruktdom MMC, Fruit House MMC, Nar Sharab MMC və Kaspiy MMC şirkətlərinin təsisçisi və sahibidir. Xankişiyev həm də “Azərbaycan” Çelyabinsk regional sosial-hüquqi ictimai təşkilatının rəhbəri və “Çelyabinsk vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının (RPA RNCA AZERÇEL) sədri olub.

Xatırladaq ki, bundan əvvəl Moskva vilayətinin Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov da Rusiya vətəndaşlığından məhrum edilib. Bundan başqa, Voronejdəki ən böyük bazarın sahibi Yusif Xəlilov, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, eləcə də onun oğlu həbs olunub. Belə görünür ki, Kreml Azərbaycana təzyiq və təhdid aləti kimi seçdiyi azərbaycanlı iş adamlarının sıxışdırılması və Azərbaycan diasporunun “vurulması”ndan ibarət cılız addımlarını daha da genişləndirmək niyyətindədir. Bundan istifadə edən Kremlə yaxın hüquq mühafizə orqanlarındakı, FSB-dəki “leş sökənlər” isə azərbaycanlı iş adamlarının əmlakının, var-dövlətinin ələ keçirilməsi və talan edilməsi üçün növbəyə düzülüblər…

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
1
azpolitika.info

2Источники