RU

Goranboyda 11-ci sinif şagirdi itkin kimi axtarılır

Goranboyda məktəbli itkin düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Səfikürd kənd tam orta məktəbinin 11-ci sinif şagirdi İsayev Ümid Azad oğlu avqustun 18-də evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Yaxınlarının bildirdiyinə görə, Ü.İsayev evdən çıxanda başında kepka, gözündə eynək olub.

Faktla bağlı polisə məlumat verilib.

Избранный
78
6
apa.az

10Источники