RU

Ukrayna 2026-cı ilin sonunadək Aİ-yə üzvlüklə bağlı bütün danışıq klasterlərinin açılacağına ümid edir

Ukrayna 2026-cı ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üçün bütün danışıq klasterlərinin açılmasına ümid edir.

Aktual.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin dərc etdiyi Hökumətin Fəaliyyət Proqramı layihəsində deyilir.

Sənədə əsasən, 2025-ci ilin sentyabrında 5-ci klaster - "Resurslar, kənd təsərrüfatı və birlik siyasəti" üzrə rəsmi skrininq başa çatmalıdır.

Nazirlər Kabineti avqustun sonuna qədər 3-cü ("Rəqabətqabiliyyətlilik və inklüziv inkişaf"), sentyabrın sonuna qədər 4-cü ("Yaşıl nizam və davamlı əlaqə") və oktyabrın sonunadək 5-ci klaster üzrə danışıq mövqelərini təsdiqləməyi planlaşdırır.

Planlara əsasən, 2026-cı ilin sonuna qədər Ukrayna bütün bençmarkları yerinə yetirməli və hər bir klaster üzrə danışıq klasterlərini açmalıdır.

Избранный
1
2
ulusum.az

3Источники