RU

Estoniya XİN vətəndaşlarını Rusiyaya səfərlərdən imtina etməyə çağırıb

Estoniya Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarını Rusiyaya səfərlərdən tamamilə çəkinməyi tövsiyə edir.

Bakues.az xəbər verir ki, bu barədə ERR portalı məlumat yayıb.

“Son vaxtlar XİN-ə və Estoniyanın Moskvadakı səfirliyinə ölkə vətəndaşlarının Rusiya güc strukturlarının diqqət mərkəzində olması ilə bağlı bir neçə hal barədə məlumatlar daxil olub. Rusiyada səfərdə Estoniya vətəndaşlarına orada qalmağın zəruriliyini diqqətlə ölçüb-biçmək tövsiyə olunur”, – XİN-in konsulluq şöbəsinin baş direktoru Tiyna Nirk bildirib.

XİN həmçinin ölkə vətəndaşlarına Estoniyaya mümkün qədər tez qayıtmağı tövsiyə edib.

Nirk xatırladıb ki, Estoniyanın Rusiyadakı yeganə nümayəndəliyi Moskvada yerləşir və digər Aİ ölkələrinin oradakı diplomatik missiyalarının sayı da əhəmiyyətli dərəcədə azalıb. Buna görə də zəruri hallarda konsulluq yardımı almaq son dərəcə çətin və bahalı ola bilər.

Избранный
43
8
icma.az

9Источники