Bakı,19 avqust, AZƏRTAC
Fransanın “Marsel” komandasının iki futbolçusu Adrien Rabyo və Conatan Rou müvəqqəti olaraq əsas heyətdən kənarlaşdırılıblar.
AZƏRTAC xəbər verir ki, buna hər iki yarımmüdafiəçinin Liqa 1-in ilk turunun “Renn”lə oyunundan sonra paltardəyişmə otağında mübahisə etməsi səbəb olub.
Buna görə də kub rəhbərliyi və baş məşqçi Roberto De Zerbi oyunçuları qeyri-müəyyən müddətədək məşqlərdən uzaqlaşdırıb.
Görüş “Marsel”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.