RU

Fransa klubu paltardəyişmə otağında mübahisə edən futbolçuları cəzalandırıb

Bakı,19 avqust, AZƏRTAC

Fransanın “Marsel” komandasının iki futbolçusu Adrien Rabyo və Conatan Rou müvəqqəti olaraq əsas heyətdən kənarlaşdırılıblar.

AZƏRTAC xəbər verir ki, buna hər iki yarımmüdafiəçinin Liqa 1-in ilk turunun “Renn”lə oyunundan sonra paltardəyişmə otağında mübahisə etməsi səbəb olub.

Buna görə də kub rəhbərliyi və baş məşqçi Roberto De Zerbi oyunçuları qeyri-müəyyən müddətədək məşqlərdən uzaqlaşdırıb.

Görüş “Marsel”in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Избранный
15
azertag.az

1Источники