RU

Millimizin Ukrayna oyununun biletləri 5 200 manat aralığında

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

Dünya çempionatının seçmə mərhələsi çərçivəsində təşkil olunacaq Azərbaycan - Ukrayna oyununun biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, satış "iticket.az" vasitəsi ilə həyata keçiriləcək.

Qiymətlər kateqoriyalara uyğun olaraq 5, 7, 10, 20, 30 və 200 manatdır.

Azarkeşlər biletləri, həmçinin satış məntəqələrindən də əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan - Ukrayna oyunu sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
9
sport24.az

1Источники