RU

“İçinizdə hürün, insanların inancına…” – Kamrandan Vüqara sərt sözlər

“Cahil ərəblərin cəzası verildi. İlk dəfə videonu gördüyümdə adım qədər əmin idim ki, cəzalarını alacaqlar. Bizim qotur "cahil ərəb"lərimizin cəzası qalsın həşirə”.
 
Moderator.az xəbər verir ki, bu sözləri aktyor Kamran Ağabalayev sosial media hesabında yazıb.
 
O ad çəkmədən müğənni Vüqar Muradova da ismarıc göndərib:
 
“Sadəcə mövqeyi və əqidəsi olmayan hər üzdən və gözdən iraq biriləri insanların əqidəsi və mövqeyinə söz deməyi özünə borc bilir, bilmirəm, başa düşmək də istəmirəm. Heç kəsin şəxsi işinə qarışmaq istəmirəm, amma bir zəhmət, şəxsimə də qarışılmasın. Şəhadətin rəmzi olan birinə, 3-4 tula söz deyirsə və sən bunda şəhadətin rəmzinə söz deməyə cürət tapırsansa, sənin o 3-4 nəfərdən fərqin yoxdur şəxsən mənim üçün. İnsanların inancına dil uzatmayın, Hüseyn ibn Əli-dən Buddaya qədər vətəndaşımız iman, əqidə seçimində azaddır. Ya hörmət edin bir zəhmət, hürürsünüzsə də, bir zəhmət içinizdə”.
 
Qeyd edək ki, müğənni Vüqar Muradov Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlərlə bağlı bu paylaşımı etmişdi:
 
“Sən ərəbin ulu babası (şəhidi) üçün 40 gün yas saxlayıb, üzünü-başını yolanda mundar və bədəvi çöl ərəbi də gəlib sənin şəhidinə hörmətsizlik edəcək. Burada qəribə heç nə yoxdur, o, “eşqdir” biz bilmərik”.
 
Vüqarın paylaşımı birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. /Musavat.com/
Избранный
29
moderator.az

1Источники