RU

Rusiyanın SOCAR-a zərbəsinin qisası alındı – Əməliyyat

Rusiyanın “Lukoyl” şirkətinə məxsus Volqoqrad Neft Emalı Zavodu dron hücumları nəticəsində fəaliyyətini dayandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Volqoqradda Ukrayna pilotsuz təyyarələrinin hücumundan sonra “Lukoyl” neft emalı zavodunun ərazisində yanğın baş verib.

Burada neft emalının ən azı sentyabrın ortalarına qədər dayandırıldığı açıqlanıb.

Qeyd edək ki, son vaxtlar Rusiya Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus neft bazalarına və yanacaqdoldurma məntəqələrinə zərbələr endirirdi./globalinfo.az/

Избранный
26
4
turkustan.az

5Источники