"Kişi qızı ona deyirəm ki, 60 yaşında təbii gözəl ola. Ququşa baxın, 80-ə yaxın yaşı var, amma görün, necə gözəl və təravətlidir. Uzaqbaşı üzündə yüngül toxunuşlar ola bilər".
Bu sözləri "Yeni Sabah"a Afət Fərmanqızı deyib.
İfaçı bildirib ki, heç bir botoksu yoxdur: "Gözəllik kompleksiniz varsa, estetik müdaxilələr edə bilərsiniz. Bu vulqar görüntülər səhnə adamından tutmuş, ev xanımlarına qədər heç kəsə yaraşmır. Mənim heç botoksum da yoxdur. Bir dəfə etmişəm. 7-8 il öncə. O da 6 aylıq qalıb, vəssalam. Həmin botoks məni elə günə qoydu ki, qorxdum olan-qalan 5-6 toyum da əlimdən çıxacaq". pizza
Aydan Hacı
Telegram kanalımız