RU

Bakıda 27 yaşlı kişi avtoyuma məntəqəsində öldü

Bakıda 27 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Avqustun 18-də saat 23 radələrində Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Seymur Arif oğlu Həsənov işlədiyi avtoyuma məntəqəsində ehtiyatsızlıqdan elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Избранный
14
8
editor.az

10Источники