RU

Goranboyda məktəbli itkin düşüb - Yenilənib (FOTO) 

Goranboy rayonunun Səfikürd kəndində 11-ci sinif şagirdi itkin düşüb. Bu barədə kənd sakinləri məlumat verib.
 
Məlumata görə, 2008-ci il təvəllüdlü Ümid İsayev avqustun 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Hazırda 17 yaşlı yeniyetmədən heç bir xəbər yoxdur.
 
Məsələ ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.
 
***
 
DİN Mətbuat Xidmətinin regional qrupundan Moderator.az-a bildirilib ki, şəxsin yerinin müəyyən edilərək, ailəsinə təhvil verilməsi istiqamətində Goranboy Rayon Polis Şöbəsində tədbirlər həyata keçirilir.
Избранный
15
1
moderator.az

2Источники